Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-30 11:02:00
40 minə yaxın tələbəyə kredit vermək imkanımız var-Emin Əmrullayev

 

 

 

“40 minə yaxın tələbəyə kredit vermək imkanımız var".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.

 

 

O, qeyd edib ki, fondun nizamnamə kapitalı 80 milyon manatdır:

 

 

“Bizim 40 minə yaxın tələbəyə kredit vermək imkanımız var. Əgər tələbə müraciət edərsə, kredit veriləcək. Bu, məcburi bir şey deyil, imkandır. Kimsə tələbə krediti almalıdır deyə bir şey yoxdur. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda tələbə kreditinə müraciət edə bilir. Kreditlər uzunmüddətlidir. Orda bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissə güzəşt edilir".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları