Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-15 16:58:00
Auditoriyalarda sosial məsafə necə qorunacaq?-Ekspertdən təklif

 

 

 

“Bir neçə az sayda tələbəsi olan universiteti hesaba qatmasaq digərlərində bəzi problemlər  ciddi  şəkildə  özünü  göstərir”

 

Bu  sözləri  AzEdu.az-a  açıqlamasında  təhsil  üzrə  ekspert  Adil  Vəliyev  qeyd  edib.

 

Ekspert  ali təhsil müəssisələrinin əyani tədrisin  təşkili ilə  bağlı  verilən qərara uyğun hazırlaşarkən  bir neçə sual ın ortaya çıxdığını  vurğulayıb:

 

“Bildiyiniz kimi, cənab nazirin son qərarına əsasən dərslər 29 sentyabr tarixindən etibarən ənənəvi formada başlayacaq. Qərarı  müsbət qarşılayan da oldu, həmçinin, mənfi reaksiya verən də...

 

Ali təhsil müəssisələri verilən qərara uyğun hazırlaşarkən  bir neçə sual ortaya çıxır ki, bunlardan ən vacibi də auditoriyada sosial məsafə necə qorunacaq, dərslər 35-40 nəfərlik auditoriyalarda  eyni sayda olan tələbələrə necə keçiriləcək? Bir neçə az sayda tələbəsi olan universiteti hesaba qatmasaq, digər universitetlərdə bu problem ciddi şəkildə özünü göstərir”.

 

Ekspert  bu  problemin  aradan  qaldırılması  üçün  öz  təkliflərini  irəli  sürüb:

 

“Düşünürəm ki verilən qərar dəyişməyəcəyinə görə ən yaxşı halda qeyri ixtisas fənnləri online, əsas fənnləri isə ənənəvi formada keçmək olar. Bundan əlavə olaraq isə qeyri ixtisas fənnləri həftənin yalnız bir günü online formada keçirilməklə digər günlərə dərslərin bölgülərini rahat şəkildə yerləşdirmək olar”.