Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-15 16:33:00
Təhsil İnstitutu riyaziyyat və kimya ixtisası üzrə mütəxəssis vəzifəsinə müsabiqə elan edilir

Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsi riyaziyyat və kimya ixtisası üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

AzEdu.az xəbər verir  ki, müsabiqədə iştirak etmək istəyənlər kimya və riyaziyyat ixtisasları üzrə ali təhsil, MS Office proqramlarını və ingilis dilini yüksək səviyyədə bilmək, komandada işləmək bacarığı kimi tələblərə cavab verməlidirlər.

 

Müsabiqədə iştirak etmək arzusunda olan və tələblərə uyğun gələn şəxslərdən sentyabrın 25-dək CV-ni [email protected] ünvanına “Riyaziyyat və kimya ixtisası üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

 

Tələblərə cavab verən şəxslər müsahibəyə dəvət ediləcək.