Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 11:29:00
UNEC-in beynəlxalq elmi jurnalına məqalələrin qəbulu davam edir

1994-cü ildən  etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsisçiliyi ilə “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı nəşr olunmaqdadır.

 

AzEdu.az xəbər verir ki, elmi nəşr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir. Beynəlxalq Standart Seriya Nömrəsi "ISSN 2220-8739" olan jurnal 2012-ci ildən etibarən The Journal of Economic Sciences: Theory and Practice (JESTP) adı altında ingilis dilində ildə iki dəfə çap edilir. Dövri elmi nəşrin redaksiya heyətinin üzvləri yerli və xarici ölkələri təmsil edən iqtisadçılardan ibarətdir.

 

Jurnal EBSCO, EconLit, Google Scholar, Index Copernicus International, Turkish Education Index, ResearchBib, Scholar Steer, AcademicKeys, European Reference Index for the Humanities (ERIH), J-Gate, CiteFactor, Open Academic Journals Index, International Institute of Organized Research (O2OR), RootIndexing bazalarında indeksləşməkdədir və onun onlayn elektron arxivi mövcuddur.

 

Müəlliflər linkindən qeydiyyat keçərək jurnalın şərtlərinə uyğun tərtib olunmuş məqalələrini [email protected][email protected] elektron poçt ünvanlarına göndərə bilər.

 

Jurnalın 2021-ci il üzrə ilk sayı iyun ayında (Cild 78, №1) çap olunmuşdur. Jurnalın bu sayında (http://ecosciences.edu.az/view.php?lang=en&menu=8 ) Çexiya Respublikasının Palacky Universitetinin, Fələstin Dövlətinin Al Azhar University-Gaza Universitetinin, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin və yerli ali təhsil müəssisələrinin tədqiqatçılarının elmi əsərləri yer almışdır.

 

UNEC professor-müəllim heyəti əsasən xarici tədqiqatçılar ilə həmmüəllif olduqları məqalələri jurnalın növbəti sayında nəşr etmək üçün təqdim edə bilər.

 

Ədəbiyyat siyahısına nüfuzlu elmi bazalarda indeksləşən məqalə və məruzələrin daxil edilməsi məqsədəuyğundur. İstinad etmək üçün UNEC nümayəndələrinin nüfuzlu elmi bazalardakı məruzə və məqalələri:

 

ƏLAVƏ MƏLUMAT