Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-07 16:47:00
AzTU-da Çankaya Universitetinin dekanı ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Çankaya Universitetinin dekanı, Prof.Dr. Buket Akkoyunlu ilə görüş keçirilib. Görüşdə universitetin prorektorları, dekanları, şöbə müdirləri və digər rəsmi şəxslər iştirak edib.

 

AzEdu.az xəbər verir ki, görüş zamanı AzTU-da təhsilin keyfiyyət təminatı və akkreditasiya işləri barədə müzakirələr aparılıb.

 

Qeyd olunub ki, AzTU-da daxili keyfiyyət təminatı sisteminin qurulması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlıq edilir. Əməkdaşlıq çərçivəsində agentlik tərəfindən universitetin əməkdaşları üçün müvafiq istiqamət üzrə maarifləndirici təlimlər təşkil edilib. AzTU-da tədris-metodiki kompleksin monitorinqi və qiymətləndirilməsi mexanizminin yaradılmasının və bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd edilib.

 

Daha sonra Çankaya Universitetinin dekanı, Prof. Dr. Buket Akkoyunlu təhsildə keyfiyyət təminatı və akkreditasiya prosesləri ilə bağlı təqdimatla çıxış edib. O təqdimat zamanı Türkiyə universitetlərinin müvafiq istiqamət üzrə təcrübəsini bölüşüb.