Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 14:36:00
Kollec məzunları  bu universitetlərə qəbul olundular- İMTAHANSIZ 

Dövlət İmtahan Mərkəzi sentyabrın 3-də 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Müsabiqənin nəticələrinə əsasən 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, subbakalavrlar 36 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universitetinə (750 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (530 nəfər) və Bakı Biznes Universitetinə (474 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Bakı Biznes Universitetinə qəbul olunanların 52.38%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 49.47%, Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 40.33%-nin subbakalavrlar olduğunu görərik.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları