Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 17:00:00
Peşə təhsili üzrə pedaqoji heyətin İKT sahəsində bilik və bacarıqları təkmilləşdirilir

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyətin İKT istiqamətində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər təşkil edir.

 

AzEdu.az xəbər verir ki, plana uyğun olaraq İKT sahəsi üzrə 11 müxtəlif təlimin təşkil edilməsi nəzərdə tutulub. Bu təlimlərdə “MS Word”, “MS Excel”, “MS PowerPoint”, “MS Outlook”, “MS Teams”, “MS Forms”, İKT-nin əsasları (Cisco), qrafik dizayn proqramlarından istifadə, tədris üçün elektron təqdimat resurslarından istifadə, sosial media hesablarının idarə olunması üzrə ümumilikdə 3500-ə qədər müəllim-pedaqoji heyətin iştirakı nəzərdə tutulur. Təlimlər peşə təhsili informasiya sistemindən istifadə sahələrini də əhatə edəcək.

 

Peşə təhsil müəssisələri üçün təşkil edilən bu təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçiləri tərəfindən aparılır. Təlimləri uğurla bitirən iştirakçılara dövlət nümunəli sertifikatların təqdim edilməsi nəzərdə tutulur.