Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-02 18:00:00
Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar ixtisası üzrə dual təhsil proqramına qəbul elan edilir

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC arasında olan əməkdaşlıq çərçivəsində Bakı, Gəncə və Bərdə şəhərlərində ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar ixtisası üzrə dövlət vəsaiti hesabına 6 aylıq ilk peşə təhsil səviyyəsinə qəbul elan olunur.

 

AzEdu.az xəbər verir ki, “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində həyata keçirilən layihədə dual peşə təhsili sistemi əsasında nəzəri və praktiki dərslərin paralel tədrisi nəzərdə tutulur.

 

Təhsil proqramının nəzəri hissəsi Bakı, Gəncə və Bərdədə yerləşən peşə təhsil müəssisələrində, praktiki hissəsi isə həmin şəhərlərdə fəaliyyət göstərən “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində real iş şəraitində həyata keçiriləcək. Tədris dövrü ərzində iştirakçılar ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi, sanitariya qaydaları, müştəri özəllikləri, müştəri məmnuniyyəti mövzuları üzrə nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər.

 

Tədris müddətində iştirakçılar fərdi qəza sığortası, praktiki təhsil zamanı isə “Bazarstore” MMC-nin uniforması (xüsusi geyim) və qida ilə təmin olunurlar. Proqrama sentyabrın 2-6-da portal.edu.az platforması üzərindən onlayn şəkildə qeydiyyatdan keçməklə müraciət etmək mümkündür. Tədrisin sentyabrın 15-də başlanması nəzərdə tutulur.

 

Qeyd edək ki, proqramı uğurla tamamlayan iştirakçılar ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar ixtisası üzrə peşə təhsili haqqında diplom almaqla yanaşı, “Bazarstore” MMC-nin mağazalarında işləmək imkanı qazanacaqlar.