Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-02 16:32:00
Məktəbəhazırlıq qruplarının 2021-2022-ci tədris ili üçün tədris planı təsdiqlənib

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2021-2022-ci tədris ili üçün tədris (məşğələ) planı təsdiq olunub.

 

AzEdu.az xəbər verir ki , bu barədə təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Firudin Qurbanov əmr imzalayıb.

 

Tədris planına əsasən, məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür: I yarımil: 1 oktyabr - 26 yanvar; II yarımil: 1 fevral - 31 may.

 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: payız tətili: 16-20 noyabr (5 gün); qış tətili: 27-31 yanvar (5 gün); əlavə tətil: 1-5 may (5 gün).