Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-02 10:36:00
 Müsabiqəyə məqalə qəbulu başa çatıb-UNEC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan müsabiqəyə məqalə qəbulu yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd universitetin professor-müəllim heyəti və tələbələrinin dövlət müstəqilliyinin bərpası ilə bağlı dövri mətbuatda məqalə dərc etdirmələrinin təşviqidir.

 

Təqdim olunmuş məqalələr UNEC-də yaradılmış komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaq.

 

Professor-müəllim heyəti üçün mükafatın məbləği I yer üzrə 500 manat, II yer üzrə 300 manat, III yer üzrə 200 manat, tələbələr üçün mükafatın məbləği I yer üzrə 300 manat, II yer üzrə 200 manat, III yer üzrə 100 manat müəyyənləşdirilib.