Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-01 18:00:00
AzTU-da təkrar ali təhsil üçün sənəd qəbulu başa çatıb  

Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ilində qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu başa çatıb.

 

AzEdu.az xəbər verir ki, sənədlərin qəbulu avqustun 31-dək onlayn formada həyata keçirilib. Universitetdə beynəlxalq ticarət və logistika, iqtisadiyyat, marketinq, menecment, cihaz, ekologiya, elektrik və elektronika, energetika, həyat fəaliyyətinin təhlükəsizliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, habelə kimya, logistika və nəqliyyat texnologiyaları, maşın, materiallar, mədən, metallurgiya, mexanika, mexatronika və robototexnika sahələri üzrə mühəndis, eləcə də mühəndis fizikası, nəqliyyat, proseslərin avtomatlaşdırılması, radiotexnika və telekommunikasiya, sənaye mühəndisliyi, nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisasları üzrə qəbul aparılıb.

 

Təkrar ali təhsil ödənişli əsaslarla keçirilir və təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında ödənilir.