Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-01 17:02:00
MİQ ilə bağlı canlı yayım keçiriləcək

 

3 sentyabr saat 17:00-da İnsan Resursları Mərkəzinin facebook səhifəsindən müəllimlərin işə qəbulu müsabiqəsinin yekunları ilə bağlı canlı yayım keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Canlı yayımda müsabiqənin təşkili, gedişatı, vakansiya seçimi, müddətli və müddətsiz müqavilə ilə işə qəbul prosesi və digər yeniliklər barədə məlumat veriləcək.

 

Namizədlər 2 sentyabr saat 19:00-dək müsabiqəyə dair suallarını postun rəy bölməsində qeyd edə bilərlər, canlı yayım zamanı onları maraqlandıran suallar cavablandırılacaq.