Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-01 15:47:00
Peşə məktəblərinə qəbulun I mərhələsində 15 minə yaxın namizəd ixtisas seçimi edib  

2021-2022-ci tədris ili üçün peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində elektron sistemdə qeydiyyatdan keçənlərin 14 min 876-sı ixtisas seçimini yekunlaşdırıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, müraciət edənlərin sayı ötən ilin göstəriciləri ilə müqayisədə 26 faiz artıb.

 

Xatırladaq ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-21-də elektron qaydada həyata keçirilib. Tələbə qəbulu 66 peşə məktəbində 120 ixtisas üzrə aparılıb.

 

Sentyabrın 2-dən etibarən 2021-2022-ci tədris ili üzrə peşə məktəblərinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start verilir. Sənəd qəbulu sentyabrın 6-sı saat 23:59-dək davam edəcək.