Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-31 15:23:00
"Təəssüf ki, abituriyentlər ixtisas seçimində ciddi səhvlər edirlər"-Təhsil ekspertindən  narazılıq 

Abituriyentlər üçün universitetlərə ixtisas seçimi mərhələsi sona çatdı. Təhsil eksperti Elçin əfəndi AzEdu.az-a açıqlamasında  abituriyentlərin gələcək vəd edən ixtisasları seçmədiyini təəssüflə vurğuladı:

 

"Gələcək baxımından inkişaf vəd edən ixtisaslar daha çox informasiya texnologiyaları ilə bağlıdır. Bu istiqamətdə abituriyentlərlə nə qədər danışıqlar aparsaq da, bir çox hallarda müsbət nəticələnmir. Logistika və nəqliyyat texnologiyaları sahələri dünyanın iqtisadi mərkəzlərdə sürətlə inkişaf edir. Bunlar I ixtisas qrupuna daxildirlər".

 

 O, həmçinin perspektivli ixtisasları açıqladı:

 

"II ixtisas qrupu üzrə beynəlxalq ticarət,  logistika, davamlı inkişafın idarə edilməsi sahələrinə daha çox maraq göstərilməlidir. III ixtisas qrupunda isə Hüquqşünaslıq ixtisası, həmçinin ictimai münasibətlər, sosial iş inkişaf vəd edənlər sırasındadır. IV qrupda isə Biotexnologiya sahəsi diqqəti cəlb edir.  Təəssüf ki, abituiyentlər bu qəbildən olan ixtisaslara az maraq göstərirlər. İxtisas seçimi edəcək abituriyentlər mütləq öncədən mütəxəsislərlə danışıqlar aparmalıdırlar.Əmək bazarında tələbat olan ixtisaslar seçilməlidir". 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları