Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-28 12:39:00
"İşçilər onlayn rejimdə fəaliyyətə üstünlük verirlər"-UNEC rektoru pandemiyanın təsirindən yazdı
"Pandemiya işçiləri həm də online işləməyi öyrətdi. İlk vaxtlar online iş böyük əksəriyyəti qane etmirdisə, indi vəziyyət dəyişib, işçilər artıq ənənəvi iş rejiminə daha az maraq göstərir və online işə üstünlük verirlər"
 
AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru, professor Ədalət Muradov facebook hesabında paylaşıb. O, universitet daxili keçirilən sorğunun nəticələrini də paylaşıb:
 
"Pandemiyanın yaratdığı ən ciddi dəyişikliklərdən biri də məhz budur.
Biz də UNEC-də bununla bağlı sorğu keçirdik. Sorğunun nəticələri dünyada baş verən dəyişikliklərə uyğundur. Belə ki, sorğuda bütövlükdə 11289 müəllim, tələbə, əməkdaş iştirak etdi.
- UNEC müəllimlərinin 50.6 faizi, tələbələrinin 46.4 faizi, əməkdaşlarının 45.9 faizi online rejimə üstünlük verir.
- Bununla yanaşı, müəllimlərin 16 faizi, tələbələrin 19.6 faizi, əməkdaşların 19.1 faizi qarışıq (online + ənənəvi) rejimi seçirlər.
- Qalanlar isə, o cümlədən müəllimlərin 33.4 faizi, tələbələrin 34 faizi, əməkdaşların 35 faizi ənənəvi işin bərpasını istədiklərini bildirirlər". 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları