Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-28 10:00:00
DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara dair statistik məlumatları açıqlayıb  

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanlarının nəticələrinə dair statistik məlumatları açıqlayıb.

DİM-dən  bildirilib ki, məlumatda xüsusi qabiliyyət imtahanı vermək üçün Bakı, Naxçıvan, Gəncə və Lənkəran üzrə qeydiyyatdan keçənlər, iştirak edənlər və müsbət qiymət alanlar barədə statistika təqdim edilib. Qeyd edilib ki, ümumilikdə qabiliyyət imtahanlarında 19 min 317 abituriyent qeydiyyatdan keçib. İmtahanlarda 11 min 631 nəfər iştirak edib, onlardan 8 min 249-u müsbət qiymət alıb.