Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-07 12:12:00
Qabiliyyət imtahanına qatılmaq istəyənlər “buraxılış vərəqəsi”ni çap edə bilərlər

Abituriyentlər 6 iyuldan etibarən qabiliyyət imtahanına “buraxılış vərəqəsi”ni  çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Abituriyentlər “buraxılış vərəqəsi”ni komissiyalar üzrə qeydiyyatdan keçdikləri səhifəyə daxil olaraq çap etməlidirlər.

Qeyd edək ki, bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə istisna olmaqla, digər komissiyalar üzrə qabiliyyət imtahanları 8 iyuldan 2 avqusta qədər davam edəcək.