Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 10:06:44
Abituriyentlərin nəzərinə! – Buraxılış vərəqəsini bu tarixdən çap edə bilərsiniz  

Abituriyentlər 6 iyulda günün ikinci yarısından etibarən “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni  çap edə biləcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Abituriyentlər “buraxılış vərəqəsi”ni komissiyalar üzrə qeydiyyatdan keçdikləri səhifəyə daxil olaraq çap edə bilərlər.

Qeyd edək ki, bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə istisna olmaqla, digər komissiyalar üzrə qabiliyyət imtahanları 8 iyuldan 2 avqusta qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları