Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 08:55:00
Abituriyentlərin NƏZƏRİNƏ: Qabiliyyət imtahanları başladı

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları keçirəcək.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, qabiliyyət imtahanları 1 - 14 iyul tarixlərində keçiriləcək.

İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.