Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 16:48:00
UFAZ-a yeni qəbul olunmuş bakalavr tələbələrinin nəzərinə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bu il tələbə adını qazanmış abituriyentlər üçün elektron poçt hesabları yaradılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə abituriyentlərin UFAZ-da qeydiyyatdan keçərkən göstərdiyi elektron ünvanlarına məlumat göndərilib.

 

Azərbaycan-Fransız Universitetinə qəbul olmuş gənclərə şəxsi elektron poçt ünvanlarını yoxlamaq və bundan sonra [email protected] ünvanından istifadə etmək tövsiyə olunur. Azərbaycan-Fransız Universiteti tərəfindən bütün məlumatlar və universitetlə olan bütün yazışmalar tələbə adına açılmış elektron poçt ünvanına göndəriləcək.