Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 13:00:00
Kolleclərə ixtisas seçimi zamanı bu qədər ixtisas kodunu seçə bilər

Avqustun 27-dən ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başlanır. İxtisas seçimi sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.