Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 17:22:00
Azərbaycanda son sutkada 84 mindən çox vaksin vurulub  

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 232 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 063, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 169 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 6 419 537, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 884 713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 534 824 təşkil edir.