Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 13:38:00
Türk professoru Daşkənd Memarlıq-Tikinti İnstitutunun rektoru təyin olunub  

Memarlıq və tikinti üzrə tanınmış türk alimi, professor Ercan Kaxya Daşkənd Memarlıq-Tikinti İnstitutunun rektoru təyin olunub.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Özbəkistan hökuməti səviyyəsində qərar qəbul edilib.

 

Ercan Kaxya 2012-2020-ci illərdə İstanbul Texniki Universitetinin Şimali Kipr Türk Respublikasındakı filialının rektoru olub.

 

Hazırda Türkiyə vətəndaşları Özbəkistanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən Turizm və İdman Nazirliyində, “Özbəkistan Hava Yolları” Aviasiya Şirkətində çalışırlar.(Azərtac)