Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 12:12:00
Sabahdan 9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başlanır  

Avqustun 27-dən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanır.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ixtisas seçimi sentyabrın 7-dək internet vasitəsilə aparılacaq.

 

Xatırladaq ki, DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını ayrıca kitabça şəklində nəşr edib.