Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-24 13:12:00
Təhsil Nazirliyi: “Kitabla danış” mövzusunda təqdimat və müzakirələr təşkil ediləcək

“Direktorlar klubu” çərçivəsində “Kitabla danış” mövzusunda təqdimat və müzakirələr təşkil ediləcək.

 

AzEdu.az xəbər verir ki, məqsəd məktəb direktorlarının tövsiyə etdikləri kitabları klubun digər üzvlərinə təqdim etməsi və birlikdə müzakirələrin təşkil olunmasıdır. Belə ki, hər dəfə bir məktəb direktoru pedaqoji və idarəetmə fəaliyyətinə xüsusi töhfə verən bir kitabı həmkarları ilə bölüşəcək.

 

Avqustun 25-i saat 11:00-da təşkil olunacaq ilk təqdimat “Harvard Bussines review” nəşrinin “oxunmalı 10-luq” seriyasından “İnsanların idarə olunması” kitabına həsr olunacaq. Kitabda tanınmış mütəxəssislərin insan resurslarının idarə olunması üzrə məqalələri əks olunub. Kitabı Bakı şəhəri 113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmova “T-Network” platformasında təqdim edəcək.

 

Qeyd edək ki, “Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və “Kapital Bankın” baş sponsorluğu ilə yaradılıb.