Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 16:33:00
Universitet və şirkətlər arasında əlaqənin yaradılması mövzusunda təlim keçiriləcək

“Hökumətlərarası təqaüd proqramları” məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda, onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 26-sı saat 17:00 tarixində keçiriləcək növbəti təlim “Regionların inkişafında universitet və şirkətlər arasında əlaqənin yaradılması” mövzusuna həsr edilib.

Təlimçi HTP proqramı çərçivəsində Macarıstanda biznesin inkişafı ixtisası üzrə magistratura təhsili almış Fərid Mirzəxanovdur. Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.