Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 16:03:08
“Təhsil alacağım universiteti də seçmişəm” - 700 bal toplayan abituriyent- FOTO 

“I qrup üzrə imtahan verdim və 700 bal topladım. Yaz imtahanlarına da qatılmışdım. Amma 665 bal toplamışdım. Nəticə məni qane etmədiyindən ikinci dəfə yay imtahanlarına da qatıldım. Çünki yüksək nəticə göstərəcəyimə ümid edirdim”. 

AzEdu.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında 700 bal toplayan İlqar Məmmədov deyib.

O, bildirib ki, artıq təhsil alacağı universiteti də müəyyənləşdirib.

“Orta məktəbi 5-ci sinfə qədər 160 nömrəli Klassik Gimnaziyada oxumuşam. 5-ci sinifdən 11-ci sinfə qədər isə Elitar gimnaziyada təhsil almışam. Yüksək nəticə göstərməyimdə həm müəllimlərimə, həm də valideynlərimə borcluyam. Artıq təhsil alacağım universiteti də seçmişəm. Bakı Ali Neft Məktəbində oxumaq istəyirəm. Gələcəkdə xaricdə oxumaq arzum da var”.

Qeyd edək ki, iyulun 20-də keçirilən I və IV qrup imtahanlarında ümumilikdə 15 nəfər 700 bal toplayıb.