Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 16:12:00
9 illik bazadan kolleclərin ixtisas seçiminə yalnız bu abituriyentlər buraxılır-DİM

Bu gündən etibarən 30 avqusta kimi ali təhsil təhsil  müəssisələrinə  bütün qruplar  üzrə  ixtisas seçimləri  aparılır.

 

Xüsusi  qabiliyyət  tələb edən ixtisaslar üzrə imtahanlar yekunlaşdıqdan, ali təhsil müəssisələrinə ixtisas  seçimləri başa çatdıqdan sonra  kolleclərə  ixtisas  seçimlərinə start veriləcək.

 

Bununla bağlı  ən  çox verilən suallardan biri də 9 illik bazadan kolleclərə ixtisas  seçimlərinə hansı abituriyentlərin buraxılacağı ilə bağlıdır.

 

AzEdu.az  DİM-in məlumatına əsasən xəbər verir ki,  9 illik bazada kolleclərin ixtisas seçiminә ümumi balı 50-dәn, Azәrbaycan dili vә ya rus dili fәnni üzrә balı 20-dәn vә riyaziyyat fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr buraxılırlar.

 

Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı 50-dәn az olmayan (fәnlәr üzrә bal mәhdudiyyәti qoyulmur) vә müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar. “Xoreoqrafiya sәnәti” vә “Rәqs müәllimliyi” ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan (fәnlәr üzrә bal mәhdudiyyәti tәtbiq edilmir) az olmayan abituriyentlәr iştirak edә bilәrlәr.

 

Qeyd  edək  ki, kolleclərə ixtisas  seçimi, ali təhsil  müəssisələrinin boş qalan plan yerlərinə ixtisas  seçimləri ilə birlikdə aparılacaq.