Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-12 17:11:00
Ədalət Muradov UNEC-ə yeni prorektor TƏYİN ETDİ

“Bu gün UNEC-də yeni prorektorların təyinatı ilə bağlı əmr imzaladım”

 

AzEdu.az xəbər verir ki, bu fikirləri UNEC-in rektoru Ədalət Muradov öz feysbuk hesabında paylaşıb.

 

"Bu gün UNEC-də yeni prorektorların təyinatı ilə bağlı əmr imzaladım. Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayevi Tədris və təlim texnologiyaları üzrə, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru dosent Raqif Qasımovu isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin etdim. İnanıram ki, hər biri UNEC-in qarşıya qoyduğu hədəflərə nail olmaq üçün layiqli töhfələr verəcəkdir.

Uğurlar!".

 

Fidan Ali