Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 10:15:00
UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.

 

AzEdu.az bildirir ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.

 

İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər. Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.

 

Bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərdən bu sənədi Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.