Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 13:25:00
 Bəzi peşə təhsili müəssisələrini bitirənlərin iş tapması daha asan olur-Dövlət Agentliyi

“Peşə təhsili əmək bazarı ilə daha sıx bağlıdır”.

 

AzEdu.az-nın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov bildirib.

 

Onun sözlərinə görə, bəzi peşə təhsili müəssisələrini bitirənlərin iş tapması daha asan olur:

 

"Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini 2020-2021-ci tədris ilində bitirənlərin 50 faizi artıq iş imkanları əldə edib. Bəziləri sahibkarlıq fəaliyyəti ilə məşğul olur”.

 

Ölkə üzrə rəqəmlərin fərqləndiyini deyən C. Kərəmov bildirib ki, regionlarda da peşə təhsil müəssisələrini bitirənlərin iş tapması həmin məktəblərin yerləşdiyi bölgənin spesifikasından asılıdır: “Ümumilikdə, peşə təhsil müəssisələrini bitirənlərin təxminən 50 faizi ilk 6 ay ərzində işə qəbul olurlar".