Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 17:16:00
“MİQ prosesi yekunlaşdıqdan sonra bu qədər namizədə “yox” cavabı veriləcək”- Emin Əmrullayev

 

 

 

“Vakansiyalar 2 səbəblə yaranır. Yaşa görə təqaüdə ayrılan müəllimlərin sayı və müəyyən digər hallarda(ailə vəziyyəti, özəl sektorda çalışam və s)  məktəbdən uzaqlaşaların sayı əsasında.

 

Hər il təhsil müəssisələrindən  400-500 civarında müxtəlif səbəbdən uzaqlaşan müəllimlər olur”.

 

 

AzEdu.az xəbər verir ki, bunu  canlı yayım zamanı Təhsil naziri Emin Əmrullayev bildirib. O, vakansiyalarla bağlı önəmli statistikanı da səsləndirdi:

 

 

“Ölkə üzrə 12800 riyaziyyat müəllimimiz var. Gənc riyaziyyat müəllimlərimiz daha çoxdur. İl ərzində orta hesabla 2000 vakansiyanı müəllimlərə təqdim edirik. Təxminən 40000 müəllimə vakansiya mərhələsində “yox” cavabını verməliyik. 7000 namizədə isə bu və ya digər dərəcədə köməklik göstəriləcək”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları