Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 17:05:00
“MİQ-də vakant yerlərin sayı bu qədər artırılacaq”- Nazirdən şad xəbər

 

 

“Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı rəsmi  feysbuk səhifəsində açdığı facebook canlı yayımında deyib.

 

 

O, qeyd edib ki, son üç ildə 27 197 nəfər müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsilə işə qəbul olunub:

 

 

“Bu il 46 930 nəfər imtahanda iştirak edib: Onlardan 10 259 nəfəri hazırda müəllim kimi işləyənlərdir. Bu il ilkin elan edilən vakansiyaların sayı 7 718-dir. Azərbaycan bölməsi üzrə 6 871 yerdir. Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik. 3000-ə qədər vakansiya hər il təkrar olaraq çıxarılır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları