Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 16:19:00
MİQ-in vakansiya mərhələsində iştirak etməyənlərə ikinci şans veriləcək?- CAVAB

 

 

MİQ üzrə Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib.

 

 

Müəllim namizədləri maraqlandıran məsələlərdən biri isə 1-ci turda vakansiya seçimində iştirak etməyən və ya etmək istəməyən şəxslərin 2-ci turda iştirakının mümkün olub-olmaması ilə bağlıdır.

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, bu, hal mümkündür. Həmin məsələ ilə bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb.

 

 

Qeyd olunan fənlər ürə namizədlər 3 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.

 

 

Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları