Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 11:40:00
III dəfə qəbul imtahanı keçiriləcək? – RƏSMİ

Abituriyentlər və valideynlər arasında ali məktəblərə qəbul imtahanlarının III dəfə keçiriləcəyinə dair məlumatlar yayılıb. Dövlət İmtahan Mərkəzinin şagirdlərə III dəfə şans verəcəyi və imtahan üçün ödəniş haqqının 150 Azn olacağı söylənilirdi.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, yayılan informasiyaların heç bir əsası yoxdur və Dövlət İmtahan Mərkəzi tərəfindən III dəfə qəbul imtahanının  keçirilməsi nəzərdə tutulmayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları