Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 15:51:00
İnformasiya texnologiyaları istiqaməti üzrə qısamüddətli təlimlər yekunlaşıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə informasiya texnologiyaları istiqaməti üzrə təşkil olunan daha iki qısamüddətli təlim yekunlaşıb.

 

Agentlikdən AzEdu.az-a bildirilib ki, sistem inzibatçılığı və şəbəkə inzibatçılığı istiqamətləri üzrə 2 ay davam edən təlimlərə 32 nəfər qatılıb. İştirakçılar təlim müddətində nəzəri biliklərlə yanaşı, qeyd olunan sahələr üzrə əsas praktiki bacarıqlara da yiyələniblər. Təlimlərin sonunda iştirakçılar imtahan verib.

 

Bildirilib ki, informasiya texnologiyaları sahəsində yeni qısamüddətli təlimlərin elan edilməsi planlaşdırılır.