Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 17:14:00
Postpandemiya dövrü üçün milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı müzakirələr aparılacaq  

İyulun 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Postpandemiya dövrü üçün milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı problemlər” mövzusunda onlayn seminar keçiriləcək.

UNEC-dən bildirilib ki, seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Onlayn seminara “Zoom” platforması üzərindən UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qoşulmaq mümkündür. Tədbir UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.