Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 13:09:00
ADPU qrant müsabiqəsi elan edir-ŞƏRTLƏR  

ADPU qrant müsabiqəsi elan edir

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH Magistraturası layihəsi çərçivəsində “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tədrisin təşkili məqsədilə qrant müsabiqəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistraturası layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədilə qrant müsabiqəsi elan olunur. Ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistratura layihəsi çərçivəsində ADPU-da “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması 2021-2022-ci tədris ilindən başlayaraq fundamental təlim və tədrisin təşkili və metodikası, pedaqoji problemlərin həlli, elmi-tədqiqat və elmi axtarışların aparılması sahəsində dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılmışdır.

 

Bununla yanaşı, əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir. Qrantın həyata keçirilməsinin məqsədi: ADPU-nun magistratura səviyyəsində “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə SABAH qruplarında yeni məzmunun yaradılması və tədrisin təşkili ilə bağlı aşağıda qeyd olunan imkanların yaradılması və həyata keçirilməsi nəzərdə tutulur: 1. ADPU-nun “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə əmək bazarının və beynəlxalq təcrübənin müasir tələblərinə cavab verən peşəkar kadr hazırlığını təmin edə biləcək yeni məzmunun, müvafiq təhsil proqramının, tədris planının, sillabusların hazırlanması, dərslik və dərs vəsaitlərinin və s. hazırlanması və nəşri;

 

2. ADPU-nun “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə tədrisin yüksək səviyyədə təmin edilməsi məqsədilə yerli və beynəlxalq müəllimlərdən ibarət heyət formalaşdırmaqla əmək bazarının tələblərinə uyğun tədrisin, eləcə də yerli müəllimlərin təlim və tədrisin təşkili üzrə beynəlxalq təlimlərdə iştirakının təşkili; 3. ADPU-nun “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə ixtisaslaşması üzrə təhsil alan magistrantların bilik və bacarıqlarının artırılması məqsədilə öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültativ məşğələlərin təşkili; 4. ADPU-da “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə tədrisin yüksək səviyyəli təşkili üçün müvafiq tələblərə cavab verən maddi-texniki bazanın qurulması və təkmilləşdirilməsi (tədris üçün nəzərdə tutulan kompüter, ağıllı lövhə, sözügedən ixtisaslaşma üzrə tədrisə şərait yaradan proqram təminatının təmin edilməsi və s.).

 

5. Layihənin idarə edilməsi ilə bağlı xərclərin ödənilməsi. Qrant müsabiqəsində iştirak üçün müraciət prosesi: 1. Qrant müsabiqəsində təhsil və təlim sahəsində təcrübəsi olan şirkətlər, təşkilatlar, yerli və xarici ali təhsil müəssisələri, VÖEN-ə sahib olan fərdi müraciətlər əsasında ali təhsil müəssisəsinin müəllimləri, müəllim qrupu və ya müstəqil ekspertlər qrant layihəsinin bir neçə və ya bütün komponentləri üzrə iştirak edə bilərlər. 2. Qrant üçün ayrılmış maliyyə 180.000 (yüz səksən min) manat təşkil edir. 3. Müsabiqədə iştirak etmək üçün layihə təkliflərinin elana əlavə edilmiş Ərizə formasına* uyğun tərtib olunmaqla (rəsmi sənədlər imza və möhürləndikdən sonra skan olunmaqla) 10.07.2021-ci il saat 18:00dək [email protected] e-mail ünvanına göndərilməsi tələb olunur. 4. Ərizə qəbulu başa çatdıqdan sonra 10 gün müdddətində müraciətlər yoxlanılaraq müsabiqənin nəticələri elan ediləcək. Qrant müsabiqəsinin qalibinə e-mail vasitəsilə məlumat veriləcək. 5. Müsabiqənin nəticələrinin elan olunduğu gündən növbəti bir həftə ərzində Apelyasiya komissiyasına müraciət etmək mümkündür. 6.Layihənin qiymətləndirmə meyarlarına aiddir: konsepsiya sənəndinin layihə məqsədinə uyğunluğu, fəaliyyət planının layihə təklifinə uyğunluğu, təklif edilən büdcə layihəsinin uyğunluğu, layihə komandasının uyğunluğu Qrant layihəsinin icra prosesi: 1. Qrant müsabiqəsinin nəticələri elan edildikdən sonra qaliblərlə ADPU arasında qrant müqaviləsi imzalanacaqdır. Qrant müqaviləsi “Qrant haqqında Qanun”un tələblərinə uyğun olaraq müvafiq qaydada qeydiyyatdan keçirilməlidir. 2. Qrant layihəsinin icra müddəti 1 ildir. * Ərizə forması: https://drive.google.com/file/d/1-tLacmIl3BDzmxAVvH9BZ-hvHYWsAZeW/view?usp=sharing