Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-16 16:44:00
Peşə təhsil müəssisələri əməkdaşlarının 62,1 faizi hər iki doza üzrə vaksin olunub  

Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi uğurla davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, iyunun 8-dək ümumi heyətin 73,5 faizi birinci doza, 62,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak edib. Bakı üzrə bu göstəricilər 67,3 faiz, Sumqayıt üzrə 77,6 faiz, Abşeron rayonu üzrə 88,6 faiz, regionlar üzrə isə 76,1 faiz təşkil edir.

Martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaq.