Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-12 15:50:00
AzTU-da magistr dissertasiyalarının ilkin müdafiəsi keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının növbəti onlayn iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda magistrlik dissertasiyalarının ilkin müdafiəsi keçirilib. Kafedra müdiri, dosent Mehman Həsənov, professor Bayram İbrahimov və kafedaranın digər əməkdaşları magistr dissertasiyalarının ümumi hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bildirib. Magistrantlar tərəfindən aparılan elmi-tədqiqat işləri və onların nəticələri də kafedra əməkdaşlarının diqqətinə çatdırılıb.

 

Müzakirələrdən sonra dissertasiya işlərinin hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və müdafiəyə buraxılması ilə bağlı qərar verilib.