Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-08 17:12:00
TKTA Beynəlxalq Pedaqoji Təhsil və Akkreditasiya Konqresində təmsil olunub

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) V Beynəlxalq Pedaqoji Təhsil və Akkreditasiya Konqresində təmsil olunub.

Agentlikdən AzEdu.az-a bildirilib ki, dünya ölkələrinin nümayəndələrinin qatıldığı onlayn konqresdə pandemiya dövründə beynəlxalq akkreditasiya təşkilatlarının təcrübələri müzakirə edilib.

Müzakirə zamanı TKTA-nın nümayəndəsi agentliyin fəaliyyət istiqamətlərinə dair təqdimatı konqres iştirakçılarının diqqətinə çatdırıb. O, “Azərbaycan ali təhsilində keyfiyyət təminatı üçün pandemiyanın yaratdığı imkanlar və çağırışlar” mövzusunda çıxış edib.

 

Məruzədə agentliyin fəaliyyət istiqamətlərinin maksimum dərəcədə beynəlxalq təcrübədən faydalanaraq təhsilin keyfiyyət səviyyəsinin təminatı proseslərinin səmərəli təşkilini təmin edən prinsip və standartlara əsaslanaraq idarə edildiyi xüsusi vurğulanıb. Eləcə də Azərbaycan təhsil məkanının dünyanın inkişaf etmiş təhsil institutları ilə əməkdaşlığı üçün zəmin yaradan və ölkənin təhsil müəssisələri məzunlarının həm yerli, həm də qloballaşan dünyanın əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli olduğu diqqətə çatdırılıb.

Konqresdə bir çox dünya əhəmiyyətli ali təhsil müəssisələrinin və keyfiyyət təminatı qurumlarının nümayəndələri təmsil etdikləri ölkə və qurumların təcrübələrini paylaşaraq bu istiqamətdə əməkdaşlığın və şəbəkələşmənin qurulmasının vacibliyini vurğulayıblar.