Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-21 13:26:00
Müəllimləri ən çox narahat edən MİQ-lə bağlı suallar – Ətraflı cavablar

 

 

İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır.

 

 

Bu il MİQ müsabiqəsində bir sıra yenilik və dəyişikliklər nəzərdə tutulub.

 

 

AzEdu.az MİQ-lə bağlı müəllim namizədləri maraqlandıran məsələləri diqqətə çatdırır:

 

 

Müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 pasportu tələb edilməyəcək:

 

 

Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək. Koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısının alınması, eyni zamanda özümüzün və digər vətəndaşların sağlamlığının təmin edilməsi məqsədilə namizədlərin virus əleyhinə peyvənd olunması tövsiyə edilir.

 

 

Əvvəlki ildə olduğu kimi, cari ildə də müsabiqənin test imtahanı regionlarda təşkil olunacaq:

 

 

Cari tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin regionlarda təşkili nəzərdə tutulub.

 

 

Cari ildə keçirilən yerdəyişmə müsabiqəsində iştirak edən şəxslər MİQ-də iştirak edəcək:

 

 

2021-2022-ci tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

 

 

Hazırda müəllim işləyən şəxslər müsabiqədə iştirak edəcəklər:

 

 

Ümumi təhsil müəssisələrində hazırda müəllim vəzifəsində çalışan şəxslər cari müsabiqədə iştirak edə bilərlər.

 

 

Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələrin nəzərə alınması prosesi bu şəkildə olacaq:

 

 

Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

 

 

Müsabiqənin yekun nəticələri bu tarixdə elan olunacaq:

 

 

Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən, iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Təhsil Nazirliyinin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcək.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları