Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-04 12:24:00
Nazirlik rəsmisi: “Yay məktəbinin müddəti uzadıla bilər” - VİDEO    

“Hesab edirəm ki, builki təcrübə özünü doğruldarsa, növbəti illərdə yay məktəbinin 1 ay müddətində təşkil edilməsini düşünmək mümkündür”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

 

O bildirib ki, yay məktəbinin bu ildən uzadılması barədə valideynlər tərəfindən çağırışlar olarsa, rəhbərlik adekvat qərarlar qəbul edəcək:

“Bu il yay məktəbinin müddəti 2 həftə nəzərdə tutulub. Bu məktəblərin müddəti ilə bağlı beynəlxalq təcrübə var və ən çox 1 ay ərzində təşkil olunur. Təhsil Nazirliyi cəmiyyətdən gələn bütün çağırışlara açıqdır. Valideynlər tərəfindən belə müraciətlər olacaqsa, növbəti mərhələdə baxıla bilər”.