Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 13:31:00
Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə olimpiadanın nəticələri açıqlandı  

Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, qaliblər və final turunun nəticələri ilə “olimpiada.edu.az” saytından tanış olmaq mümkündür.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.