Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 13:19:00
Əcnəbi tələbələrin işğaldan azad olunmuş rayonlara səfəri başlayıb  

İyunun 2-də Təhsil və Müdafiə nazirlikləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olunub.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edir.

 

Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq ziyarət olunacaq. Cəbrayıl rayonunda isə Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar” yay kinoteatrı, şəhər qəbiristanlığına baş çəkiləcək. Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək.