Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 12:55:00
VI Respublika fənn müsabiqələrinin qaliblərindən 33-ü Bakı məktəblisidir  

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin qalibləri bəlli olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, idarənin tabeliyindəki məktəblər üzrə 3 nəfər I, 10 nəfər II, 20 nəfər isə III yerə layiq görülüb.

 

Müsabiqənin final mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib.

 

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir.