Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 13:00:00
Onlayn seminar: İşsizlik siyasətində həyat məmnuniyyəti əsaslı yanaşmanın tətbiqi imkanları  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyevin təqdimatında iyunun 2-də “İşsizlik siyasətində həyat məmnuniyyəti əsaslı yanaşmanın tətbiqi imkanları” mövzusunda onlayn seminar keçiriləcək.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Empirik Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

 

Onlayn seminara UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qoşulmaq mümkündür.