Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 21:36:00
2 həftəlik yay məktəbləri təşkil ediləcək - Nazir  

16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla yay məktəbləri təşkil ediləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə özünün "Facebook" səhifəsində təhsil naziri Emin Əmrullayev yazıb:

 

"Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44% iştirakçı bu təşəbbüsü dəstəkləmişdir. Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm".