Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-29 14:50:00
Regionlarda metodik xidmətin mövcud vəziyyəti öyrənilir

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, növbəti səfər Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarının metodik kabinet müdirləri və metodistləri ilə təşkil olunub. MDM-in əməkdaşları adıçəkilən rayonlar üzrə 60-a yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, iş fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı müxtəlif məzmunda suallar cavablandırılıb, təklif və ehtiyaclar qeyd olunub.

Mərkəz bu formatda görüşlərin digər regionlarda da keçirilməsini planlaşdırır.