Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-26 14:53:00
İİTKM-də istehsalat təcrübəsini başa vuran BMU tələbələri ilə görüş keçirilib  

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təcrübə müddətini başa vuran Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı ölkəmizin iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər, qəbul edilən Dövlət Proqramları ilə bağlı ətraflı məlumat verib. V.Qasımlı hər bir iqtisadçının nümunə götürməli olduğu bir neçə müəllifin adını qeyd edərək, gəncləri geniş mütaliəyə səsləyib.

 

O, həmçinin ölkəmizdə könüllü fəaliyyətinin əhəmiyyəti, dövlət və özəl qurumlarda könüllülük proqramlarının təşkili və bu ictimai fəaliyyətin səmərəli idarəetməyə verdiyi töhfələrdən danışıb.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci ili “Könüllü ili” elan etməsilə İİTKM-də “İslahat Könüllüləri” təşkilatı yaradılıb. Bu günə qədər İİTKM-də 500-dən artıq gənc könüllü fəaliyyəti keçib.

 

Görüşün sonunda tələbələr icraçı direktora özlərini təqdim edərək, təcrübə müddətində gördükləri işlər, öyrəndikləri elmi-praktiki biliklər və gələcək planları barəsində danışıblar.